ABŞ tarixində ən uzunmüddətli şatdaun qeydə alınıb
Vaşinqton, 5 noyabr, AZƏRTAC
Hökumətin fəaliyyətini dayandırması (şatdaun) 2018-ci ilin sonu və 2019-cu ilin əvvəllərindəki şatdaun rekordunu geridə qoyaraq ABŞ tarixində ən uzunmüddətli olub.
AZƏRTAC xəbər verir ki, bu gün Senatdakı Respublikaçılar Partiyasının təmsilçiləri Prezident Donald Trampla səhər yeməyi görüşü üçün Ağ Evə dəvət olunublar.
Senatın hökumətin işini bərpa etmək cəhdi 14 dəfə uğursuz alınıb. Hər iki partiyanın qanunvericiləri bu həftə ərzində vəziyyətə son qoya biləcəyi ehtimalını yaradan razılaşmanın ilkin konturlarına işarə ediblər.
Şatdaun ABŞ-da nisbətən tendensiyadır və 1980-ci ildə baş prokurorun dövlət qurumlarının Konqresin icazəsi olmadan xərcləmələrini davam etdirməsinin qanunsuz olduğunu bildirən bir sıra hüquqi rəylər verdiyi zaman başlayıb. O vaxtdan bəri indiki vəziyyət də daxil olmaqla 15 şatdaun olub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]