Acarıstana səfər edən əcnəbilərin sayına görə Azərbaycan vətəndaşları ilk beşlikdədir
Bakı, 14 oktyabr, AZƏRTAC
İlin əvvəlindən Gürcüstanın Acarıstan Muxtar Respublikana səfər edən əcnəbilərin sayına görə Azərbaycan vətəndaşları ilk beşlikdədir. Doqquz ay ərzində Muxtar Respublikaya 137,3 min Azərbaycan vətəndaşı səfər edib.
AZƏRTAC Gürcüstan saytlarına istinadla xəbər verir ki, Türkiyə bu ölkəyə səfər edənlərin sayına görə liderdir - doqquz ay ərzində Acarıstanı bu ölkənin 711,6 min vətəndaşı ziyarət edib. Rusiya (94,5 min), İran (64,3 min) və İsrail (40,1 min) liderlər beşliyinə daxildir.
Qeyd edək ki, Acarıstana ilin əvvəlindən sentyabradək 1,2 milyon əcnəbi səfər edib ki, bu da ötən ilin analoji dövründəkindən 5,4 faiz çoxdur. Batumi Hava Limanında sərnişin axını xeyli artıb. Doqquz ay ərzində Acarıstana təyyarə ilə 184,2 min əcnəbi səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]