AÇILIŞ OYUNLARI HAQQINDA MARAQLI FAKTLAR
İndiyədək keçirilmiş 17 final mərhələsinin açılış oyunlarını xatırladıqda bəzi maraqlı məqamlar yada düşür. Ən nəzərə çarpanı da odur ki, dalbadal dörd açılış oyununda - 1966-cı il iyulun 11-də İngiltərədə (İngiltərə-Uruqvay görüşü), 1970-ci il mayın 31-də Meksikada (Meksika-SSRİ), 1974-cü il iyunun 13-də Almaniya Federativ Respublikasında (Braziliya-Yuqoslaviya) və 1978-ci il iyunun 1-də Argentinada (Almaniya Federativ Respublikası-Polşa) hesab açılmamışdır. Ümumiyyətlə, ötən əsrin 30-60-cı illərində keçirilmiş final turnirlərinin açılış oyunundan ( Fransa-Meksika-4:1, 1930-cu il, İtaliya-ABŞ-7:1, 1934, Braziliya-Meksika-4:0, 1950, İsveç- Meksika-3:0, 1958, Çili-İsveçrə-3:1, 1962 və sairə) fərqli olaraq, son dünya çempionatlarının ilk görüşündə, əsasən, 1 (Argentina-Belçika-0:1, 1982, Argentina-Kamerun-0:1, 1990, Almaniya-Boliviya-1:0, 1994 və Fransa-Seneqal-0:1, 2002), yalnız bircə dəfə 2 (Bolqarıstan-İtaliya-1:1, 1986) və 3 (Braziliya-Şotlandiya-2:1, 1998) top vurulmuşdur.
Qəribə faktdır ki, həm Argentina (2 dəfə), həm də Fransa açılış oyunlarını, dünya çempionu titulunun sahibi kimi, reytinq cədvəlinə görə onlardan çox geridə qalan yığmalara, özü də bir qol belə vurmadan uduzmuşlar.
Maraqlıdır, iyunun 9-da necə olacaq?
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]