ADNSU Rusiyanın Don Dövlət Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Rusiyanın Don Dövlət Texniki Universiteti arasında memorandum imzalanıb.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
İmzalanma mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov universitetdə təhsil və tədris prosesi, qazanılan elmi nailiyyətlər, beynəlxalq əlaqələr haqqında məlumat verib.
Rusiyanın Don Dövlət Texniki Universitetinin rektoru professor Besarion Mesxi rəhbərlik etdiyi ali məktəbdə tədris olunan ixtisaslar və mövcud beynəlxalq layihələrdən danışıb.
Sonra birgə təhsil proqramlarının hazırlanması, elmi layihələr, ikili təhsil layihələri, həmçinin tələbə və müəllimlərin akademik mübadiləsinin qurulması istiqamətində görüləcək işlər və qarşıda duran hədəflərdən bəhs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]
Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub
- 02.10.2026 [13:01]
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub
- 02.10.2026 [12:43]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi
- 02.10.2026 [12:22]