ADPU-CVU ikili diplom proqramının tələbələri Qarabağ Universitetində olublar
Bakı, 8 sentyabr, AZƏRTAC
ADPU-CVU ikili diplom magistratura proqramının Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) üzrə direktoru Tofiq Əhmədovun rəhbərliyi ilə proqramın bir qrup tələbə, məzun və müəllim heyətinin Qarabağa səfəri təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində iştirakçılar Qarabağ Universitetini ziyarət edərək ali təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Görüş zamanı Qarabağ Universitetində çalışan proqramın 5 məzunu ilə görüş keçirilib. Görüşdə məzunların Qarabağ Universitetindəki fəaliyyəti, iş təcrübəsi və universitetdə həyata keçirilən proseslər barədə müzakirələr aparılıb.
Həmçinin tələbə və məzunların Qarabağ Universitetində mövcud iş və peşəkar fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.