ADU-nun Konfutsi İnstitutunun onlayn xəttatlıq müsabiqəsinə işlərin qəbulu davam edir
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun onlayn xəttatlıq müsabiqəsinə işlərin qəbulu davam edir. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Müsabiqədə iştirak etmək üçün çenyu - dostluq və qarşılıqlı yardıma həsr edilmiş Çin atalar sözlərindən birini seçmək və onları qələm və ya fırçayla yazmaq lazımdır. Sonra xəttatlıq işinin şəklini çəkib və ya skan edib, müəllifin təhsil yeri, adı və soyadını göstərərək ADU Konfutsi İnstitutunun elektron ünvanına ([email protected]) göndərmək lazımdır.
İşlər mayın 1-dək qəbul ediləcək. Ən yaxşı xəttatlıq işləri diplom və hədiyyələrlə təltif olunacaq.
Xatırladaq ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə əlaqədar ADU ölkəmizdə xüsusi karantin rejimini nəzərə alaraq, bütün fəaliyyətini onlayn təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
- 12.10.2026 [16:17]
Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər
- 12.10.2026 [16:10]