ADU və Dokuz Eylül Universitetinin əməkdaşlığına həsr olunan vebinar keçiriləcək
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) və Dokuz Eylül Universitetinin əməkdaşlığına həsr olunan “Xarici dilin tədrisi” mövzusunda onlayn vebinar keçiriləcək.
ADU-dan AZƏRTAC-a bildirilib ki, “Zoom” proqramı vasitəsilə keçiriləcək vebinarda iştirak etmək istəyən əməkdaşlar [email protected] electron poçt ünvanına link üçün müraciət edə bilərlər.
Qeyd edək ki, 2019-cu ildə ADU ilə Dokuz Eylül Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb. Protokolda universitetlərarası əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və akademik heyət arasında mübadilə proqramlarının tətbiq olunması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması, tərəflər arasında qarşılıqlı bilik və təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə vebinarların keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]