Aerobika üzrə yığma komandamızın üzvləri Portuqaliyada dünya kubokunda iştirak ediblər
Bakı, 1 iyun, AZƏRTAC
Aerobika üzrə yığma komandamızın üzvləri Kantanedidə (Portuqaliya) təşkil olunmuş dünya kubokunda iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, 18 ölkədən idmançıların qatıldığı turnirdə Azərbaycan təmsilçiləri 3 proqram üzrə çıxış ediblər.
Fərdi yarışlarda mübarizə aparan gimnastımız Vladimir Dolmatov 19.850 xalla 11-ci yerdə qərarlaşıb. Qarışıq cütlüklərin yarışında V.Dolmatov Nərminə Hüseynova ilə birgə çıxış edib və onlar 11-ci yerlə (17.700 xal) kifayətləniblər.
Təmsilçilərimizdən ən yaxşı nəticəni “trio” olaraq çıxış edən Elçin Məmmədov, Emil Quliyev və İmran İmranov göstəriblər. Üçlüyümüz final mərhələsində 19.750 xal toplayaraq turniri 5-ci yerdə başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]