“Aeroflot” və “Rossiya” aviaşirkətləri baqajsız tariflər tətbiq edir
Moskva, 2 aprel, AZƏRTAC
Rusiyanın “Aeroflot” qrupuna daxil olan “Aeroflot” və “Rossiya” aviaşirkətlərində bu gündən baqajsız tariflər tətbiq edilir.
AZƏRTAC “Aeroflot” aviaşirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, baqajsız tariflər, ilk növbədə, Berlin, Frankfurt, Düsseldorf, Münxen, Hamburq, Ştutqart, Hannover, Drezden, həmçinin Roma, Milan, Venesiya, Bolonya, Neapol və Verona istiqamətlərinə tətbiq ediləcəkdir.
Bununla yanaşı, hər iki aviadaşıyıcı tərəfindən baqajın daşınması dəyərinin daxil ediləcəyi tariflər də saxlanacaq. Məlumatda bildirilir ki, bu addım biletlərin dəyərinin 30 faiz aşağı salınmasına şərait yaradacaqdır.
Baqajsız tarifdə əlavə yük aparılmasının dəyəri barədə isə hələ ki, heç bir məlumat verilmir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]