AFFA-NIN MÜKAFATI UĞRUNDA YARIŞLARIN FİNAL MƏRHƏLƏSİ OLMUŞDUR
İmişli, 3 iyul (AZƏRTAC). İmişli şəhərindəki Heydər Əliyev adına stadionda AFFA-nın mükafatı uğrunda 17 yaşlılar arasında respublika futbol çempionatının final mərhələsinin oyunları keçirilmişdir.
Birinci və ikinci yerlərin sahibləri Bakının “Neftçi” və “İnter” komandalarının mübarizəsində müəyyənləşmişdir. “Neftçi” 1:0 hesabı ilə qalib gələrək yarışların baş mükafatına - AFFA-nın kubokuna layiq görülmüş, “İnter” isə ikinci yerlə kifayətlənmişdir.
Tovuzun “Turan” və Lənkəranın “Xəzər” komandaları isə 3-4-cü yerlər uğrunda yarışmışlar. Oyun 3:1 hesabı ilə “Xəzər”in xeyrinə nəticələnmişdir. Beləliklə, Lənkəran futbolçuları üçüncü, tovuzlular isə dördüncü yeri tutmuşlar.
Yarışlardan sonra qaliblərə AFFA-nın mükafatları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]