AFFA Xətai rayonunda səyyar meydança quraşdırıb
Bakı, 19 avqust, AZƏRTAC
Xətai rayonunda AFFA tərəfindən səyyar futbol meydançası quraşdırılıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, meydança təmənnasız olaraq məhəllə sakinlərinin ixtiyarına verilib. Səyyar meydança 2 həftə ərzində həmin ünvanda olacaq.
Qeyd edək ki, səyyar meydança AFFA-nın facebook səhifəsinə daxil olmuş müraciət əsasında quraşdırılıb.