İDMAN
AFİNADA OLİMPİYA KƏNDİNİN ƏTRAFINA DİVAR ÇƏKƏCƏKLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Afina Olimpiadası Təşkilat Komitəsinin rəhbərlərindən biri Vasilis Niadas bildirmişdir ki, oyunların bütün iştirakçılarının və qonaqlarının təhlükəsizliyinə təminat veriləcəkdir. 16 min idmançının və rəsmi nümayəndə heyətlərinin yerləşdiriləcəyi Olimpiya kəndini 50 minədək polis qoruyacaqdır. Bundan başqa, kəndin dörd tərəfinə daş divar çəkilir.
Oyunların büdcəsinin xeyli hissəsi – 750 milyon dolları Olimpiadada təhlükəsizliyin təmin olunmasına yönəldiləcəkdir ki, bu da olimpiadaların keçirildiyi bütün tarix ərzində ən böyük məbləğdir. Belə ki, gözlənildiyinə görə, Olimpiadanın keçirildiyi günlərdə Afinaya təxminən 70 dövlətin rəhbərləri, habelə 13 min turist də gələcəklər.