Afrika Futbol Konfederasiyası mövsümün ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb
Bakı, 12 iyul, AZƏRTAC
Afrika Futbol Konfederasiyası mövsümün ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.
AZƏRTAC konfederasiyanın saytına istinadla xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb. “Ən yaxşı” futbolçu adına namizədlər arasında Sadio Mane (“Bavariya”, Seneqal), Riyad Marez (“Mançester Siti”, Əlcəzair), Məhəmməd Salah (“Liverpul”, Misir), Karl Toko-Ekambi (“Lion”, Kamerun), Vensan Abubakar (“Əl-Nasr”, Kamerun), Sebastyan Aller (“Ayaks”, Fil Dişi Sahili), Nabi Keyta (“Liverpul”, Qvineya), Aşraf Hakimi (PSJ, Mərakeş), Eduard Mendi (“Çelsi”, Seneqal) və Kalidu Kulibalinin (“Napoli”, Seneqal) adı var.
İlin “Ən yaxşı” komandası adı uğrunda isə Burkin-Faso, Kamerun, Misir, Mərakeş və Seneqal yığmaları mübarizə aparacaqlar.
Qaliblər konfederasiyanın texniki komitəsinin üzvlərinin, jurnalistlərin, baş məşqçi və kapitanların səsverməsi nəticəsində müəyyənləşəcək.
Mükafatların təqdimetmə mərasimi iyulun 21-də Mərakeşdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]