Ağacları zədələyən şəxs 1600 manat məbləğində cərimələnib
Bakı, 22 avqust, AZƏRTAC
Siyəzən şəhəri, T.İsmayılov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.
Xidmətin rəis müavini Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı həmin ərazidə “Region M” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qazıntı işləri aparılarkən 4 ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı faktı aşkarlanıb: “Faktla bağlı müəssisənin məsul şəxsi Musa Musayev barəsində akt, protokol tərtib olunub və o, 1600 manat məbləğində cərimələnib.
Ərazidəki ağaclara qulluq olunması və zədələnməsi hallarına yol verilməməsi üçün quruma məcburi göstəriş verilib".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
- 05.08.2026 [17:01]