Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılmışdır
Bakı, 25 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakının Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olmuş şikayət araşdırılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı həmin ərazidə 1 ədəd çoxillik qovaq ağacının budağının güclü külək nəticəsində sınması müəyyən edilmiş, lakin ağac kəsintisi faktı aşkar olunmamışdır.
Eyni zamanda, rayonun bir qrup sakini həmin ünvanda aşma təhlükəsi vəziyyətində olan bir neçə çoxillik qovaq ağacının kəsilməsi ilə əlaqədar ETSN-ə müraciət etmişdir. Nazirliyin mütəxəssisləri tərəfindən həmin ərazidə təhlükəli vəziyyətdə olan 9 ədəd çoxillik qovaq ağacının hündür gövdə və budaqlarının küləyin təsirindən sına biləcəyi müəyyən edilmişdir. Vətəndaşların və binaların təhlükəsizliyi məqsədi ilə qovaq ağaclarının budanmasına icazə verilmişdir.
Mövcud qaydalara əsasən, ağacların təhlükəsiz səviyyədə budanması 4 metrdən aşağı olmamaq şərti ilə nisbi sükunət dövründə, yəni oktyabr-mart aylarında bu sahədə təcrübəsi olan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]