Ağcabədidə “Erməni vəhşiliyinə son, dünya!” mövzusunda konfrans keçirilmişdir
Ağcabədi, 31 mart (AZƏRTAC). Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Erməni vəhşiliyinə son, dünya!” mövzusunda konfrans keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzi və maraqlar üzrə yaradıcı gənclər klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə erməni vəhşiliyinin qurbanı olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov, Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva və başqaları çıxış edərək ermənilərin XX əsrdə “Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırımı siyasətindən, törətdikləri terror aktlarından danışmışlar.
Çıxışlarda azərbaycanlılara qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti və tarixi kökləri ətraflı təhlil edilmiş, ermənilərin bu gün də davam etdirdikləri işğalçılıq siyasəti qətiyyətlə pislənmişdir.
Sonra 3 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Tədbirin sonunda iştirakçılar soyqırımla bağlı təşkil edilmiş sərgi ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]