Ağcabədidə rabitə kabellərini oğurlayan şəxs saxlanılıb
Bakı, 30 iyul, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki rabitə kabellərinin oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törədən yetkinlik yaşına çatmayan N.X. saxlanılıb. Onun şəhər ərazisindəki iki küçədən 367 metr uzunluğunda rabitə kabelini oğurlayaraq 4000 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Oğurlanmış kabellərin bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:18]
Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO
- 16.10.2026 [13:17]
Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb
- 16.10.2026 [13:15]
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb
- 16.10.2026 [13:04]