REGİONLAR
Ağcabədidə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin artırılması məqsədilə regional müşavirə keçirilib
![](/files/galleryphoto/2023/2/1200x630/16842617881772139543_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842617886327713873_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842617881327761174_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842617884529441158_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842617884924612253_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/168426178862818642_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842617883134434881_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842617885798577_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842617886075312223_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842617882996747050_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684261788420499457_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842617884079749796_1200x630.jpg)
Ağcabədi, 16 may, AZƏRTAC
Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Ağcabədidə regional müşavirə keçirilib. Müşavirədə Ekologiya və Təbii Sərvətlər (ETSN), Fövqəladə Hallar (FHN), Kənd Təsərrüfatı, Daxili İşlər, Ədliyyə nazirliklərinin əməkdaşları, Ağcabədi, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Ucar, Zərdab, Kürdəmir, Tərtər, Bərdə, Ağdam şəhər və rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, həmin rayonların inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, “Azərişıq” ASC, “Azərenerji” ASC və “Azəriqaz” İB-nin regional bölmələrinin nümayəndələri və fermerlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət edilib, önünə çiçək dəstələri düzülüb.
Mədəniyyət Mərkəzində davam edən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılmasının vacibliyi qeyd edib, biçilmiş taxıl sahələrinin yandırılmasının qadağan olduğunu və buna görə taxıl sahəsinin sahibinin məsuliyyət daşıdığını diqqətə çatdırıb.
Müşavirədə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə məlumat verilib, yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların müştərək fəaliyyətinin vacibliyi, eyni zamanda bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov çıxışında bildirib ki, qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar, fermerlər, meşə ətrafında yaşayan kənd sakinləri, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşlar odla ehtiyatlı davranmalı və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidirlər. Yaşıllıqların məhvi orada yaşayan canlıların da məhv olması deməkdir. Yanğınların baş vermə səbəblərinin bir çoxu insanların ətraf mühitə məsuliyyətsiz yanaşmalarından qaynaqlanır, yanğın baş verən ərazilərin flora və faunasının bərpası isə uzun zaman alır.
Müşavirədə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Mahir Məlikov çıxış ediblər. Bildirilib ki, yanğın hadisələrinin qarşısının alınması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə hər kəsin üzərinə ciddi məsuliyyət düşür. Çıxışlar zamanı həmçinin yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi, eyni zamanda bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.