Ağdamda ANAMA əməkdaşı minaya düşərək xəsarət alıb
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində bir nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.
Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:18]
Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO
- 16.10.2026 [13:17]
Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb
- 16.10.2026 [13:15]
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb
- 16.10.2026 [13:04]