AĞDAMDA ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” Ağdamda uğurla davam etdirilir. Sentyabrın 11-də rayonun Quzanlı qəsəbəsində əmək yarmarkası keçirilmişdir. Yarmarkaya 22 idarə, müəssisə və təşkilat tərəfindən 155 vakant iş yeri çıxarılmışdır. Təhsil şöbəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, “Ayaz” kiçik müəssisəsi daha çox iş yeri təklif etmişlər.
Əmək yarmarkasında 40 nəfərə daimi iş yeri üçün göndəriş verilmiş, 30 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.