Ağdaşda Ümumxalq Hüzn Günü qeyd edilmişdir
Ağdaş, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Ağdaş şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, gün ərzində Şəhidlər xiyabanında həzin musiqi səsləndirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər şəxsləri, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə əklil və gül dəstələri düzmüş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anmışlar. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasimdə iyirmi üç il əvvəl keçmiş sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı cinayətlər yada salınmışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda və Azərbaycanın digər rayonlarında törətdikləri qanlı cinayətdən söhbət açılmışdır. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz hüquqi-siyasi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]