Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
Bakı, 14 dekabr, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq araşdırmalar nəticəsində rayonun Poylu qəsəbə sakini Hidayət Hüseynov koronavirus testinin nəticəsinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduğu halda yaşadığı evi tərk etməsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, müəyyənləşdirilmiş tibbi prosedurlar gözlənilməklə H.Hüseynov evə göndərilib, barəsində rayon polis şöbəsində araşdırmalar davam etdirilir.