Ağsu rayonunun dağlıq ərazisində yanğın baş verib
Ağsu, 21 avqust, AZƏRTAC
Ağsu rayonunda Ləngəbiz sıra dağlarının Ləngəbiz kəndi ərazisində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Ləngəbiz kəndinin Şamaxı rayonunun Dağ Bağırlı kəndi ilə sərhəd ərazisindəki kol-kos sahəsində baş verib və qısa vaxtda təxminən 7 hektaradək əraziyə yayılıb.
Yanğının söndürülməsi üçün FHN Ağsu Yanğından Mühafizə Hissəsindən 2 yanğınsöndürən maşın və 30 nəfərdən çox canlı qüvvə cəlb olunub. Köməyə Şamaxı yanğından mühafizə hissəsindən 1 yanğınsöndürən maşın və 8 nəfər canlı qüvvə gəlib. Hazırda yanğınla mübarizə davam edir. Havanın küləkli olması yanğınsöndürənlərin işini bir qədər çətinləşdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:42]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:24]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO
- 07.08.2026 [21:15]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [20:41]
Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO
- 07.08.2026 [18:05]