Ağsuda polis əməkdaşı qadının itən pulqabısını taparaq özünə qaytarıb
Bakı, 25 may, AZƏRTAC
Paytaxtın qadın sakini Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə müraciət edərək içərisində bank kartları, pul və sənədlər olan pulqabısını Ağsu rayonu ərazisində naməlum şəraitdə itirdiyini bildirib və tapılmasına kömək göstərilməsini xahiş edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar Ağsu Rayon Polis Şöbəsinin ərazidə xidmət aparan əməkdaşları bu barədə məlumatlandırılıb və vətəndaşın pulqabısının tapılması üçün zəruri tədbirlər görülüb. Asayiş keşikçiləri qısa zaman ərzində qadını sevindirməyi bacarıblar. Həmin pulqabı rayon ərazisindəki restoranların birində tapılaraq sahibinə təhvil verilib.
Qadın vətəndaş müraciətinə operativ reaksiya verdiklərinə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]