Ağsuda təbii fəlakətin nəticələri aradan qaldırılır
Ağsu, 6 iyun (AZƏRTAC). Ağsu rayonunda iyunun 3-də axşam saat 19:00-dan başlayaraq ayın 4-də səhərədək davam edən və güclü küləklə müşayiət olunan leysan yağışlarının fəsadları aradan qaldırılır.
Təbii fəlakət rayon mərkəzinə və bütün kəndlərə, xüsusilə 16 yaşayış məntəqəsinə ciddi ziyan vurmuşdur. Ümumilikdə 10 fərdi evin və bir sıra inzibati binaların dam örtüyü uçmuş, elektrik təsərrüfatı iflic vəziyyətə düşmüşdür. Taxıl zəmilərinə, habelə meyvə bağlarına da xeyli ziyan dəymişdir.
Təbii fəlakətdən dərhal sonra onun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılmışdır.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, artıq küçə və meydanlardan kökündən qopmuş və ya sınmış ağaclar yığışdırılmış, elektrik enerjisinin verilişi rayon mərkəzində və əksər kəndlərdə bərpa olunmuşdur. Hazırda fərdi yaşayış evlərinin dam örtüyü daxili imkanlar hesabına bərpa edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]