REGİONLAR
Ağsunun dağlıq ərazisində baş verən yanğın söndürülüb
Ağsu, 22 avqust, AZƏRTAC
Avqustun 21-də saat 17 radələrində Ağsu rayonunda Ləngəbiz kənd bələdiyyəsinin dağlıq hissəsində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yanğın axşam saat 9 radələrində tam söndürülüb. Ərazidə 10 hektar quru kol-kos sahəsi yanıb. Yanğının söndürülməsində Ağsu və Şamaxı rayon yanğından mühafizə hissələrinin 3 yanğınsöndürən maşını, 21 nəfər şəxsi heyəti iştirak edib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]