Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aİ rəqabət qabiliyyətliliyin formulunu axtarır: Liderlər irəliləyiş barədə razılığa gələ biləcəklərmi?

Aİ rəqabət qabiliyyətliliyin formulunu axtarır: Liderlər irəliləyiş barədə razılığa gələ biləcəklərmi?

Brüssel, 5 fevral, AZƏRTAC

Belçikanın “Brussels Times” nəşrində “Avropa indi necə rəqabət aparmalıdır?” sərlövhəli məqalə dərc olunub və bu yazı Avropa İttifaqı ölkələrinin ekspert dairələrində geniş rezonans doğurub.

Məqalədə bildirilir ki, gələn həftə Avropa İttifaqına üzv ölkələrin rəhbərləri Belçikanın kənd ərazilərindən birində qeyri-rəsmi görüş üçün toplaşacaqlar. Görüşün əsas mövzularından biri gələcək birlik naminə strateji əhəmiyyət daşıyan sual olacaq: “Qitənin qlobal iqtisadi rəqabətdə itirilmiş mövqelərini necə qaytarmaq olar?”. Avropa Komissiyasının sifarişi ilə İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının sabiq rəhbəri Mario Draqi tərəfindən hazırlanmış geniş analitik hesabat müzakirələrə səbəb olacaq. Üzv dövlətlərin onun tövsiyələrini həyata keçirməyə hazır olub-olmamaları isə sual altındadır.

Sənəd hələ 2024-cü ildə təqdim edilib və Brüsselə, eləcə də milli paytaxtlara xəbərdarlıq siqnalı kimi nəzərdə tutulmuşdu. Draqi hesabatda Aİ-nin ABŞ və Çindən geri qalmasını və getdikcə bu vəziyyətin davam etdiyini vurğulayır, bunu ilk növbədə innovasiyaların zəifləməsi və enerji daşıyıcılarının yüksək qiymətləri ilə əlaqələndirir. Onun qiymətləndirməsinə görə, qətiyyətli addımlar atılmasa, Avropa sənaye və yüksək texnologiyalar sahəsində rəqabət üstünlüklərini birdəfəlik itirmək riski ilə üz-üzə qala bilər.

Yazıda qeyd olunur ki, ən çox müzakirə doğuran təkliflərdən biri investisiyaların həcminin kəskin artırılması, yəni ildə təxminən 800 milyard avro səviyyəsinə çatdırılmasıdır. Müqayisə üçün COVID-19 pandemiyasından sonra bərpa məqsədilə yaradılmış və beş il üçün nəzərdə tutulan ümumavropa fondu təxminən 750 milyard avro həcmində qiymətləndirilir və bu ilin sonuna qədər fəaliyyətini başa vurmalıdır. Draqi israr edir ki, bu mexanizm birdəfəlik tədbir olaraq qalmamalı, birgə borclanma və ümumi borc buraxılışı iqtisadi artımın dəstəklənməsi üçün daimi alətə çevrilə bilər.

Məqalənin müəllifi Sem Morqan yazır ki, siyasi fikir ayrılıqları məhz bu məqamda başlayır. Bir çox hökumətlər üçün böhran əleyhinə fond fövqəladə şəraitdən irəli gələn istisna idi. O vaxtdan yanaşmalar qismən yumşalsa da, müntəzəm kollektiv borclanma ideyası bir sıra ölkələrdə hələ də müqavimətlə qarşılanır.

Hesabatda maliyyə vəsaitlərinin artırılması ilə yanaşı, aydın sənaye strategiyasına ehtiyac, elektrik enerjisinin maya dəyərinin azaldılması, eləcə də süni intellekt və bulud texnologiyaları kimi istiqamətlərin sürətlə inkişaf etdirilməsi vurğulanır. Bu prioritetlər qismən Avropa Komissiyasının Ursula Fon der Lyayenin ikinci səlahiyyət dövründəki hazırkı siyasətində, o cümlədən tənzimləmələrin sadələşdirilməsi kursunda və əlçatan enerjiyə yönəlmiş yanaşmada öz əksini tapıb. Bununla belə, tənqidçilər hesab edirlər ki, dəyişikliklər tempi əsas rəqiblərlə fərqin tez bir zamanda azaldılması üçün hələ kifayət deyil.

Aİ liderlərinin qarşıdakı görüşü hesabatın nəticələrini bir daha gündəmə gətirməli və ölkələri daha dərin inteqrasiyaya sövq etməlidir. Əks halda, bir çox təklif elə kağız üzərində qalacaq. Müzakirələrə əlavə təkanı isə dünya siyasəti və ticarətində baş verən dəyişikliklər verir, belə ki, həm Donald Tramp administrasiyasının addımları, həm də Çinin iqtisadi strategiyasının təkamülü bu prosesə təsir göstərir.

Müzakirələrdə əsas analitik hesabatların müəllifləri də iştirak edəcəklər. Draqidən başqa 2024-cü ilin yazında Aİ-nin energetika və telekommunikasiyadan tutmuş maliyyə və elmi tədqiqatlara qədər vahid bazarının islahatına həsr olunmuş məruzə ilə çıxış etmiş İtaliyanın keçmiş baş naziri Enriko Letta da görüşə dəvət olunub. Letta artıq liderləri bu ideyaların həyata keçirilməsi üçün konkret siyasi öhdəliklər götürməyə çağırıb.

Morqan yazır ki, qarşıdakı həftələr Aİ ölkələrinin bəyanatlardan real addımlara keçməyə hazır olub-olmadığını göstərəcək. Rəqabətqabiliyyətliliyin qorunması strategiyasını hamı bölüşülür, lakin əsas məsələ çətin qərarların qəbul edilməsi üçün kifayət qədər siyasi iradənin olub-olmamasıdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Bu saata olan əsas xəbərlər

Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Həsən Həsənov: Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması nəticəsində yaranmayıb

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO