AKADEMİK HƏSƏN ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2007-ci ilin dekabr ayında görkəmli ictimai və elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Həsən Əliyevin anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycanda təbiətin qorunması və ətraf mühit problemlərinin həlli sahəsində müstəsna xidmətlər göstərmiş, ekologiya elminin inkişafına sanballı töhfələr vermiş Həsən Əliyevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2007-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:46]
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO
- 12.10.2026 [12:52]
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO
- 12.10.2026 [10:10]