Akademik İsa Həbibbəyli: Abay qazax xalqının böyük ideallarının yazarıdır
Bakı, 14 dekabr, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Türk xalqları arasında təhsil hərəkatı və Abayın yaradıcılığı” adlı beynəlxalq elmi-praktik onlayn konfransda çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Qazaxıstan, Qırğızıstan, Özbəkistan alimlərinin qatıldığı konfransda akademik İsa Həbibbəyli böyük qazax mütəfəkkiri Abay Kunanbayevin türk xalqları ədəbiyyatındakı özünəməxsus yerindən söz açıb. O bildirib ki, Abay qazax xalqının böyük ideallarının yazarıdır. Dədə Qorqud bütöv türk dünyası üçün kimdirsə, Abay da Qazaxıstan üçün odur.
Akademik, həmçinin Abay yaradıcılığının Azərbaycanda təbliği və tədqiqi məsələlərindən danışıb. O, Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasından Abayın bütün şeirlərinin, poemalarının Azərbaycan dilinə tərcüməsindən ibarət kitabın bu yaxınlarda nəşr olunduğunu, ölkəmizdə böyük qazax şairinə həsr edilmiş konfransların keçirildiyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]
Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub
- 02.10.2026 [13:01]
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub
- 02.10.2026 [12:43]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi
- 02.10.2026 [12:22]