Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Teymur Kərimli: Ən mühüm işlərimizdən biri əlyazmaların elektronlaşdırılmasıdır MÜSAHİBƏ

Bakı, 27 mart, Gözəl Ağayeva, AZƏRTAC

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı elmi müəssisələrindən biridir. AMEA-nın 80 illik yubileyi çərçivəsində AZƏRTAC-ın müxbiri Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli ilə söhbətləşib. Direktor Azərbaycan əlyazmasının qədimliyinə diqqət çəkib, institutun tarixindən, bugünkü fəaliyyətindən və nəzərdə tutulan planlardan danışıb.

Azərbaycan əlyazmasının tarixinin çox qədim olduğunu və Qobustan qayalarındakı təsvirlərə gedib çıxdığını vurğulayan akademik Teymur Kərimli deyib: “Eramızdan əvvəl 10-cu minillikdən başlayaraq bu qayalarda həkk edilmiş insan və heyvan təsvirləri, petroqliflər Azərbaycan əlyazmasının, eləcə də mədəniyyətimizin qədimliyindən xəbər verir.

Təsadüfi deyil ki, arxeoloqlar Qobustan ərazisindən tapılmış insan sümüklərini tədqiq edərkən kəllə sümüyünə əsasən onların müasir türklərin əcdadı olduğunu müəyyənləşdiriblər. Bu onu göstərir ki, Azərbaycan əlyazmasının tarixi 12 min il əvvələ gedib çıxır. Digər tərəfdən, VI əsrdən başlayaraq Orxon abidələri üzərində runik yazılara da Azərbaycan əlyazmasının əcdadı demək olar”.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkilindən sonra əlyazmaların toplanması işinə başlanılıb

“Əlyazmalar İnstitutunun tarixi 1924-cü ildən başlayır. 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti təşkil edilmişdi ki, onun da əsas işi Azərbaycana aid qədim mədəniyyət nümunələrini, əlyazmaları, müxtəlif əsərləri toplamaq idi. Görkəmli yazıçımız Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə xeyli əlyazma toplanmışdı. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təşkil edildikdən sonra Ədəbiyyat İnstitutunun nəzdində Əlyazmalar şöbəsi də yaradılır. Həmin vaxt şöbədə iki mindən artıq əlyazma, şəxsi arxivlər var imiş. Bu arxivlərin, əlyazmaların əsasında bizim böyük alimimiz Məmmədağa Sultanovun təşəbbüsü ilə 1950-ci ildə şöbə ayrılır və Respublika Əlyazmalar Fondu yaradılır. Fond getdikcə zənginləşdirilirdi. Orada əlyazmaların həm transfoneliterasiyası, həm də tədqiqi ilə məşğul olan alimlər var idi. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayarkən məhz həmin alimlər respublika Əlyazmalar Fondunun instituta çevrilməsi təşəbbüsünü irəli sürmüşdülər”.

Ulu Öndərin böyük dəstəyi

Akademik Teymur Kərimli qeyd edib ki, Əlyazmalar İnstitutunun yaradılması ilə bağlı təkliflər Moskvada kəskin etirazla qarşılanmışdı. “Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən bu müraciətlər təkrar edildi. Bütün etirazlara, maneələrə baxmayaraq, 1986-cı ildən Azərbaycanda Əlyazmalar İnstitutu fəaliyyətə başladı. İnstitut o zaman Rəyasət Heyətinin binasında birinci mərtəbədə şəraitsiz bir yerdə yerləşirdi. Hazırda institutun yerləşdiyi binanın verilməsi də Ulu Öndər Heydər Əliyevin dəstəyi sayəsində mümkün olub. Digər məsələ isə Əlyazmalar İnstitutunun kimin adına olması ilə bağlı idi. Bəziləri belə bir fikir irəli sürdülər ki, instituta XX əsrdə böyük əlyazma kolleksiyası olan Salman Mümtazın adı verilsin. Amma yenə də Ümummilli Lider belə bir məntiqi fikir irəli sürdü ki, əgər Ədəbiyyat İnstitutu Nizami Gəncəvinin, Dilçilik İnstitutu İmadəddin Nəsiminin adınadırsa, Əlyazmalar İnstitutu da Məhəmməd Füzulinin adına olmalıdır. Bu, əlbəttə, yekdilliklə qəbul olundu. Bu gün mən çox fəxrlə deyə bilərəm ki, Əlyazmalar İnstitutunun indiki səviyyəyə çatmasında Ulu Öndərin çox böyük zəhməti, çox böyük qayğısı, diqqəti olub”, - deyə akademik vurğulayıb.

Əlyazmalar İnstitutunda 40 mindən artıq eksponat var

Hazırda Əlyazmalar İnstitutunda 40 mindən artıq eksponatın qorunduğunu bildirən direktor qeyd edib ki, həmin eksponatların 12 mindən çoxu ərəb əlifbası ilə yazılmış türkcə, farsca, ərəbcə əlyazmalardır və bütün bunlar elmi müəssisənin əməkdaşları tərəfindən tədqiq edilir. Eksponatlar sırasında, həmçinin Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, yer alıb.

Nizami “Xəmsə”sinin elmi-tənqidi mətni təkmilləşdirilir

Müsahibimiz AMEA-nın digər elmi müəssisələri kimi Əlyazmalar İnstitutunun da akademiyanın 80 illiyinə töhfələri olduğunu bildirib: “İnstitutumuzda Nizami Gəncəvi “Xəmsə”sinin çox qiymətli nüsxələri var. Dahi şairin yubileyi münasibətilə qəbul olunmuş qərara əsasən, onun “Xəmsə”sinin elmi tənqidi mətni tərtib olunmalıdır. Artıq üç cild hazırdır və biz onun nəşrini gözləyirik: “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” poemalarının elmi-tənqidi mətni hazırdır”.

İnstitutun beş qiymətli əlyazması UNESCO-nun Dünya yaddaşı reyestrinə daxil edilib

Direktor vurğulayıb ki, institutun ən böyük uğurlarından biri buradakı 5 qiymətli əlyazmanın UNESCO-nun Dünya yaddaşı reyestrinə daxil edilməsidir. Bunlardan biri Əbu Əli ibn Sinanın “Qanun fi-t-tibb” (“Tibbi qanun”) əsəridir (II cild). Tibbə və farmakologiyaya dair ərəb dilində yazılmış bu risalə 1143-cü ildə, müəllifin ölümündən 104 il sonra Bağdadda nəsx xətti ilə köçürülüb. Dünyada qədimliyinə görə ən nadir nüsxələrdən biridir. Rüstəm Curcaninin “Nizamşahın ehtiyatları”, Əbu Əl-Qasim Əl-Zəhrəvinin “əl-Məqalə əs-Sələsun” əsəri də reyestrə salınıb. Bunlar tibbə aiddirlər. “əl-Məqalə əs-Sələsun” əlyazmasında o zaman istifadə olunmuş cərrahiyyə alətlərinin də təsviri yer alıb. Məhəmməd Füzulinin anadilli “Divanı”nın Bakı nüsxəsi və Xurşidbanu Natəvanın “Gül dəftəri” də reyestrə daxil edilmiş əlyazmalar sırasındadır.

“Beynəlxalq əlaqələrimiz çox genişdir. İnstitutumuz Böyük Britaniyanın Kembric Universitetinin nəzdində fəaliyyət göstərən İslam Əlyazmaları Assosiasiyasının üzvüdür. Həmçinin Beynəlxalq Əlyazmalar Komitəsinin üzvüyük. Eləcə də bir çox ölkələrlə bizim əlyazma mübadiləsi olur. Bu, elektron formatda həyata keçirilir.

Əlyazmalar İnstitutunun tarixinin ən parlaq səhifəsi məhz Azərbaycanın öz müstəqilliyini əldə etməsindən sonra açılıb. Müstəqilliyimiz əldə olunandan sonra biz öz tariximiz, mədəniyyətimiz üçün önəmli olan kataloqları tədqiq etmək üçün ölkələrə gedə bilirik. Məsələn, bizim mərhum əməkdaşımız tarix elmləri doktoru Fərid Ələkbərli Vatikanda uzunmüddətli ezamiyyətdə olmuş, Azərbaycana aid əlyazmaların kataloqunu hazırlamış, onların surətlərini ölkəmizə gətirmişdi. Həmin əsərlərdən Sürurinin “Divanı”nı, Seyid Yəhya Bakuvinin oğlu Şeyx Əlinin həyatından bəhs edən “Mənaqibi-Şeyx Əli Səməqrəndi” əsərini, XVII əsr müəllifi Baba Həsən bin Məhəmməd Şirvaninin “Ketab be şəcarə və şomare min nücum” risaləsini qeyd etmək olar.

Həmçinin xaricdə yaşayan həmvətənlərimiz, dostlarımız bizə kömək edirlər”.

Qeyd edək ki, 2015-ci ildən etibarən Əlyazmalar İnstitutu beynəlxalq əlaqələrini genişləndirməkdədir. Hazırda institut Mərakeş Krallığının Milli Kitabxanası, Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdüləziz adına Tədqiqat və Arxiv Fondu, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Misir Milli Kitabxanası və Arxivləri, Türkiyənin Süleymaniyyə Kitabxanası, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universiteti, Sarayevo Tarix Arxivi, Bosniya və Hersoqovinanın Milli və Universitet Kitabxanası, Bosniya və Hersoqovinanın İslam Cəmiyyəti nəzdində Qazi Xosrov bəy Kitabxanası, Türkiyənin Ərdəhan Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq edir.

Ərəb əlifbasında bütün xətt növlərini oxuya bilən mütəxəssis çox azdır

Akademik Teymur Kərimli ilə söhbətimizdə gənclərin əlyazmaların tədqiqinə münasibətinə də nəzər salmağa çalışdıq. Onun sözlərinə görə, əlyazmaları oxumaq, bu sahədə püxtələşmək üçün illər sərf etmək lazımdır. “Bizim sahəyə yalnız bu işə fanatikcəsinə vurulmuş adamlar gəlirlər. Əlyazmanı oxumaq çox çətindir, çünki orada müxtəlif xətt növləri var. Bunları öyrənmək üçün illər lazımdır. Məsələn, orta əsrlərdə sufizm çox geniş yayılmışdı; mürşidlər, şeyxlər, müridlər var idi. Belə bir deyim var: çilə çıxarmaq. Çilə farsca “çehel” sözündəndir, 40 deməkdir. Mürid mürşidin rəhbərliyi altında 40 il işləyərdi ki, özü mürşidə çevrilə bilsin. Bu baxımdan müasir dövrdə əlyazmaşünaslıqda ustadın rəhbərliyi altında heç olmasa 5-6 il işləyib təcrübə toplamaq gərəkdir.

Elə mütəxəssis yoxdur ki, bütün xətləri oxuya bilsin. Bunun üçün biz bu işi sevən gəncləri Türkiyəyə ezam edirik. Orada bütün xətləri oxuyan mütəxəssislər var. Əlyazmaların oxunmasının çətinliyi ilə bağlı bir məsələni də qeyd edim. Biri var bədii əsər ola, biri də var orta əsrlərə aid müxtəlif sənədlər, qeydiyyat, vergi haqqında stenoqrafik təsvirlər. Bunları tərtib edənlər xətt salmamışlar. Yəni o dövrün məmuru dəftər əlində kəndi gəzir, qeydlərini aparırdı, onun hər hansı xətt salmaq fikri yox idi. Günümüzə çatan bütün bu mətnləri oxumaq, təbii ki, çətindir”.

Əlyazmalar elektronlaşdırılmasa, onları gələcək nəslə çatdırmaq çətin olacaq

Akademik Teymur Kərimli bildirib ki, institutun ən mühüm işi əlyazmaların elektronlaşdırılmasıdır. “Əlyazma elektronlaşdırılmasa, zaman keçdikcə o istifadə edildikcə məhv olub gedəcək. Ona görə əlyazmaları biz xüsusi mikroiqlimi olan fondda saxlayırıq. Orada həm temperatur, həm rütubət tənzimlənir, vaxtaşırı müəyyən dərmanlama işləri aparırıq ki, həşəratlar əlyazmaları məhv etməsin. Bərpa laboratoriyamız var. Azərbaycanda yeganə əlyazma bərpa laboratoriyası Əlyazmalar İnstitutundadır. Başqa yerlərdən də əlyazma bərpası lazım olanda bizə müraciət edirlər. Biz də şübhəsiz, onlara kömək edirik ki, əlyazmalar gələcək nəslə bütöv şəkildə çatsın. Müasir səviyyədə elektronlaşdırma, elə həmin əlyazmanın özü deməkdir. AMEA prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə bizə yeni bir əlyazma surəti çəkən aparat verilib. Biz ondan səmərəli istifadə edirik.

Güman edirəm ki, Azərbaycan əlyazmasının mühafizə olunub gələcək nəslə bütöv şəkildə çatdırılmasında bu işin çox böyük əhəmiyyəti olacaq”, - deyə akademik Teymur Kərimli fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

WSJ: ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb  FOTOLAR  VİDEO

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO

Zelenski Trampla Nyu-Yorkda görüşəcək

Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib