AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA ADINA 8 NÖMRƏLİ MƏKTƏB-LİSEY İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Xaçmaz şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey ilə tanış olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə Zərifə xanımın məktəb-liseyin qarşısındakı abidəsi önünə gül dəstəsi qoydu.
Müasir xarici görünüşü ilə seçilən və 1176 şagird yerlik bu məktəb-lisey Prezidentin Sərəncamı ilə 2007-ci ildə tikilmişdir. Üçmərtəbəli binada 65 sinif otağı vardır. Şagirdlərin təlim-tərbiyəsi ilə 98 pedaqoq məşğul olur. Təhsil ocağında Zərifə Əliyeva muzeyi və guşəsi yaradılmış, burada görkəmli oftalmoloq-alimin həyat və fəaliyyətinə dair fotoşəkillər, sənədlər, eksponatlar toplanmışdır. Şagirdlərin təhlükəsiz gediş-gəlişi üçün binanın qarşısında yeraltı keçid tikilmişdir.
Prezident İlham Əliyev sinif otaqlarına, muzeyə, idman salonuna baxdı, bütün ləvazimatlarla təchiz edilmiş məktəb-liseyin kollektivinə uğurlar arzuladı.
Bununla da Prezident İlham Əliyevin ölkəmizin şimal bölgəsinə səfəri başa çatdı.
######
![]() |
![]() |
![]() |


