Aksiya iştirakçısı: Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı dünya mədəni irsinə təhqirdir
Evian, 13 yanvar, AZƏRTAC
Fransanın Evian şəhərində azərbaycanlı şair Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına etirazımızı ifadə etmək üçün toplaşmışıq. Azərbaycan şairinin heykəlinin bərpa olunmasını və bu parkda ucaldılmasını tələb edirik.
Bu fikirləri Evianda etiraz aksiyasında iştirak edən Azərbaycan icmasının üzvü Təranə Monbarbu AZƏRTAC-a müsahibəsində söyləyib.
O bildirib ki, Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş bu vandalizm aktı təkcə Azərbaycan mədəniyyətinə yox, Şərq mədəniyyətinə, dünya mədəni irsinə təhqirdir. Mədəni irsə qarşı vandalizm aktı qəbuledilməzdir və bu vandalizmi törədənlər cəzalandırılmalıdır.
“Azərbaycan torpaqlarının 30 il Ermənistanın işğalı altında qaldığı müddətdə həmin ərazilərdə cahil işğalçılar xalqımızın mədəniyyət nümunələrini darmadağın ediblər. Fransa kimi bir ölkədə belə bir cahilliyə yol verilməsi qəbuledilməzdir”, - deyə T.Monbarbu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]