Albert Riera: "Sabah" klubuna hörmət edirik
Bakı, 9 iyul, AZƏRTAC
“Sabah” klubuna hörmət edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Sloveniyanın "Selye" klubunun baş məşqçisi Albert Riera UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Sabah"a qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Azərbaycan təmsilçisi barədə kifayət qədər məlumata sahib olduğunu bildirib.
“Meydana qələbə üçün çıxacağıq. Dəyişiklər var. İnanıram ki, Azərbaycandakı oyunumuz müsbət nəticə ilə yekunlaşacaq”, - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, iyulun 10-da Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab qarşılaşması iyulun 17-də Sloveniyada təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [16:38]
İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları bəlli olub
- 03.06.2026 [15:34]
Dağıstanlı döyüşçü: Bakıdakı UFC turnirində azarkeşləri əsl şou gözləyir
- 03.06.2026 [15:00]
Lionel Messi nüfuzlu beynəlxalq mükafata layiq görülüb
- 03.06.2026 [14:19]
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışa qatılacaq
- 03.06.2026 [13:51]