Aleksandr Lukaşenko: Belarusun bədxahları qiyamlar təşkil edilməsindən boğma mərhələsinə keçiblər
Minsk, 26 may, AZƏRTAC
Belarusun bədxahları qiyamlar təşkil edilməsindən boğma mərhələsinə keçiblər.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu sözləri bu gün ölkə parlamentariləri, Konstitusiya Komissiyasının üzvləri və dövlət idarəetmə orqanlarının nümayəndələri ilə görüşdə söyləyib.
A.Lukaşenko deyib: “Bizim proqnozlaşdırdığımız kimi, xaricdəki, habelə ölkə daxilindəki bədxahlarımız dövlətə hücum metodlarını dəyişiblər. Onlar bütün qırmızı xətləri, sağlam düşüncə və insani əxlaq hüdudlarını aşıblar”.
Prezidenti A.Lukaşenko daha sonra bildirib ki, Belarus dövləti ən sərt tədbirlər görərək neonasizm dalğasını rüşeym halında məhv edib.
Belarus dövlətinin başçısı vurğulayıb: “Bizim hərəkətlərimiz bu cinayət əməllərinə haqq qazandıranların nəzərində hədsiz sərt tədbirlər kimi görünə bilər. Lakin bu strategiya ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]