Ali Attestasiya Komissiyasının kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib abidəsi önünə gül dəstələri qoyaraq, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
AAK-dən AZƏRTAC-a bildirilib ki, kollektiv Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarı üzərinə gül dəstələri qoyub.