Alimlər biləkdən ölçülən temperaturla xəstəliyə diaqnoz qoymağın mümkün olduğunu bildirirlər
Bakı, 23 sentyabr, AZƏRTAC
ABŞ-ın Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, bilək istiliyinin davamlı monitorinqi müəyyən xroniki xəstəliklərin riskini müəyyən etməyə kömək edə bilər. Gündüz və gecə temperaturu nə qədər sabit olarsa, 2-ci tip diabet, hipertoniya, böyrək çatışmazlığı və qaraciyər xəstəliklərinin inkişaf ehtimalı bir o qədər yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə “MedicalXpress” məlumat yayıb.
Tədqiqatda 92 minə yaxın insan iştirak edib. Tədqiqatçılar sensorlarla təchiz olunmuş bilərziklərdən istifadə edərək, gündəlik temperatur dəyişiklikləri haqqında məlumat toplayıblar. Alimlər 73-ə qədər müxtəlif xəstəliyin temperatur ritminin azalması ilə əhəmiyyətli dərəcədə əlaqəli olduğunu aşkarlayıblar.
Gecə-gündüz bilək temperaturu dəyişməyən xəstələrdə xroniki xəstəliklərə tutulma şansı daha yüksək olub. Bu xəstəliklərə əsasən qaraciyər xəstəliyi, 2-ci tip diabet, böyrək çatışmazlığı, hipertoniya və pnevmoniya daxildir.
Alimlərin fikrincə, ağıllı saatlar kimi qola taxılan bilərziklə diaqnostika üsulu rahatdır və gələcəkdə geniş istifadə edilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]