ALİMLƏR XRİSTOFOR KOLUMBUN DƏFN OLUNDUĞU YERLƏ BAĞLI MÜBAHİSƏLƏRƏ SON QOYMUŞLAR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, 1506-cı il mayın 20-də İspaniyanın Valyadolid şəhərində vəfat edən Xristofor Kolumbun dəfn olunduğu yerlə bağlı çoxdankı mübahisələrə son qoyulmuşdur. Genetik ekspertizanın mayın 22-də açıqlanmış nəticələrinə görə, Sevilya şəhərinin kafedral kilsəsində yerləşən məzardakı qalıqlar böyük dəniz səyyahına aiddir. Qranada Universitetinin genetik ekspertiza laboratoriyasının 2002-ci ildən tədqiqat aparan bir qrup alimi buradakı qalıqların DNT-sini səyyahın kiçik qardaşı Diyeqo Kolumbun DNT-si ilə müqayisə edərək, onların mütləq oxşarlığını aşkara çıxarmışlar. Xristofor Kolumbun son mənzili roluna iki şəhər namizəd idi: admiralın cəsədinin 1509-cu ildə yenidən dəfn edildiyi Sevilya, habelə Santo-Dominqo (Dominikan Respublikası) Admiralın vəsiyyətinə görə, onun qalıqları XVI əsrin ortalarında buraya göndərilməliydi.
İspaniyada səyyahın birinci dəfə dəfn olunduğu yer də ötən ilin axırlarında dəqiq müəyyənləşdirlmişdir: bu, Valyadoliddin Müqəddəs Fransisko monastırının ərazisindəki Luis de Serda kilsəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]