Alimlərimizin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc ediləcək
Bakı, 20 may, AZƏRTAC
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın, aparıcı elmi işçi, dosent Nurməmməd Mustafayev və dosent Ələmdar Məmmədovun, həmin müəssisənin dissertantı Elşən Məmmədovun və Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin baş direktoru, professor Ədalət Həsənovun həmmüəllifi olduqları məqalə yüksək impakt faktorlu jurnalda çapa qəbul edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “GENE” jurnalında dərc ediləcək (IF=2,638).
“15 Autosom STR marker əsasında Azərbaycan populyasiyasının populyasion-genetik və müqayisəli interpopulyasion tədqiqi” adlı məqalədə 765 nəfər qohum olmayan vətəndaşdan ibarət Azərbaycan populyasiya nümunəsi 15 STR lokusun daxil olduğu identifikasiya markerləri şəbəkəsi ilə tədqiq edilib, hər bir STR lokus üzrə əsas populyasion-genetik və forensik parametrlər təyin olunub. Həmin parametrlərin qiymətləndirilməsi əsasında göstərilib ki, bu lokus şəbəkəsi identifikasiya məsələlərinin həllində uğurla tətbiq edilə bilər. Tədqiqatlar göstərib ki, Azərbaycan populyasiyası Qafqaz mənşəli Avrasiya populyasiyalarına yaxın olaraq onlarla bir qrupda klasterləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]