ALİYƏ QARAYEVA BRNODA KEÇİRİLƏN QRAN-PRİ YARIŞLARININ GÜMÜŞ VƏ BÜRÜNC MÜKAFATÇISIDIR
A.Qarayeva demişdir: “Turnirin birinci günü çoxnövçülükdə qazandığım gümüş medal məndə özümə inam yaratdı. Halqa ilə hərəkətlərdə Rusiyanın Olqa Kapranova və Marina Şpext kimi gimnastlarından sonra üçüncü yeri özüm üçün uğurlu nəticə sayıram”.
Digər Azərbaycan idmançısı Anna Qurbanovanın da Qran-Prinin mükafatçısı olmaq imkanı böyük idi. Lakin Kapranovanı qabaqlamaq və lentlə hərəkətlərdə bürünc medala layiq görülmək üçün A.Qurbanovanın yalnız bir xalı çatmadı. Nəticədə həmyerlimiz 4-cü yerlə kifayətlənməli oldu. Qurbanova gürzlə hərəkətlərdə 5-ci, halqa ilə hərəkətlərdə və çoxnövçülükdə 6-cı, iplə yarışmada 8-ci olmuşdur.
A.Qarayeva və A.Qurbanovanı qarşıda aprelin 12-13-də Sloveniyada keçiriləcək Dünya Kuboku yarışları gözləyir. Elə həmin vaxtda Yunanıstanda keçiriləcək beynəlxalq turnirdə ölkəmizi Zeynəb Cavadlı təmsil edəcəkdir.