Almaniya: Azad Demokratlar Partiyasının rəhbərliyi son seçkilərdən sonra istefa qərarını açıqlayıb
Berlin, 23 mart, AZƏRTAC
Almaniyanın Raynland-Pfalts əyalətindəki parlament seçkilərində cəmi 2,1 faiz səs toplayan Azad Demokratlar Partiyasının (FDP) rəhbərliyi istefa qərarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, partiyanın sədri Xristian Dürr FDP-nin rəhbər heyətinin istefa verəcəyini bildirib. O, FDP-nin mayda keçiriləcək qurultayında rəhbərliyin tamamilə yenidən seçiləcəyini, özünün isə partiya sədri vəzifəsinə namizədliyini yenidən irəli sürəcəyini qeyd edib.
Qeyd edək ki, beş il əvvəl keçirilən seçkilərdə 5,5 faiz səs toplayan FDP əyalətin koalisiya hökumətində yer alırdı. Martın 22-də keçirilən son seçkilərdə isə partiya əyalət parlamentində təmsil olunmaq üçün 5 faizlik həddi keçə bilməyib. FDP martın 8-də Baden-Vürtemberq əyalətində keçirilən seçkilərdə də uğursuzluqla (4,2 faiz) üzləşmişdi.
Xatırladaq ki, Raynland-Pfalts əyalətində ötən gün keçirilən seçkilərdə Xristian Demokratlar İttifaqı (CDU) 31 faiz səslə qalib gəlib. Bu əyalətdə 35 ildir birinci olan Sosial Demokratlar Partiyası (SPD) 25,9 faiz səs toplayıb. Almaniya üçün Alternativ Partiyası (AfD) bu səsvermədə öz nəticələrini beş il əvvəl ilə müqayisədə iki dəfədən də çox artıraraq 19,5 faiz səslə üçüncü olub. Parlamentdə təmsil olunmaq hüququ qazanan digər partiya 7,9 faiz səs toplayan Yaşıllar olub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]