ALMANİYA FEDERATİV RESPUBLİKASININ YARADILMASINDAN 60 İL ÖTÜR
Berlin, 25 may (AZƏRTAC). Almaniya Federativ Respublikasının yaradılması günü bu ölkədə geniş qeyd edilir. Ölkənin 60 il əvvəl qəbul edilmiş, 1949-cu il mayın 23-də gecəyarısı qüvvəyə minmiş Konstitusiyası əvvəlcə Qərbi Almaniyanın, sonra isə birləşmiş Almaniyanın hüquqi əsasını qoymuşdur.
Mayın 23-də Brandenburq qapıları yaxınlığında xalq şənlikləri olmuşdur. Əsas tədbir Berlində, Jandarmenmarkt meydanındakı konsert salonunda keçirilmişdir. Tədbirdə Almaniya Prezidenti Horst Köler çıxış etmişdir. Yeri gəlmişkən, H.Köler məhz həmin gün növbəti müddətə Almaniya Prezidenti seçilmişdir.
DPA agentliyi xəbər verir ki, paytaxtda bayram şənlikləri federal hökumətin təşəbbüsü ilə keçirilir. Brandenburq qapıları yaxınlığında və ətraf küçələrdə qurulmuş səhnələrdə Berlinin və ölkənin digər teatrlarının artistləri çıxış edir, birləşmiş orkestrlər küçələrdə öz məharətlərini nümayiş etdirirlər.
Görkəmli dirijor Daniel Barenboymun rəhbərlik etdiyi orkestrin, tanınmış müğənni Udo Yurgensin, məşhur televiziya aparıcısı Tomas Qottşalkın, apaçilərin başçısı Vinnetu rolundan sonra məşhurlaşmış kino ulduzu Qoyko Mitiçin və başqaları çıxış edənlər sırasında olmuşlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [20:29]
CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib
- 21.05.2026 [20:12]
Misirdə böyük neft-qaz yatağı tapılıb
- 21.05.2026 [19:23]
Almaniyada xarici investisiyaların azalması tendensiyası davam edir
- 21.05.2026 [18:50]
BMT: Ötən il münaqişə zonalarında hər 14 dəqiqədə 1 mülki şəxs həlak olub
- 21.05.2026 [18:20]
Fransada bələdiyyə seçkisi ilə bağlı namizədlərin hədəfə alındığı açıqlanıb
- 21.05.2026 [16:13]
ABŞ Çinə yüksəksəviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərir
- 21.05.2026 [16:00]
ABŞ bankları müştərilərinin vətəndaşlığını daha ətraflı yoxlayacaq
- 21.05.2026 [15:34]