Almaniya Kansleri İordaniya və İsrailə səfər edib
Berlin, 6 dekabr, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts İordaniyaya və İsrailə səfərə yola düşüb.
AZƏRTAC xəbər verir ki, Kansler bu gün İordaniya Kralı II Abdullah ilə görüşdən sonra İsrailə səfər edəcək.
Fridrix Merts bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Kansler Ofisinin məlumatında danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, Qəzzada atəşkəsin daha da möhkəmləndirilməsi və digər beynəlxalq məsələlərin müzakirə olunacağın bildirilib. Kansler, həmçinin Yad Vaşem xatirə kompleksini ziyarət edəcək.
Qeyd edək ki, səfərə yola düşməzdən əvvəl Almaniya Kanslerinin Fələstin Prezidenti Mahmud Abbas ilə telefon danışığı olub. Söhbət zamanı Kansler ABŞ Prezidentinin sülh planına dəstəyini vurğulayıb və Fələstin muxtariyyətinin bu məsələdə göstərdiyi əməkdaşlıq mövqeyini müsbət qiymətləndirib. Fridrix Merts müharibədən sonrakı dövrdə qurumun konstruktiv rol oynaya bilməsi üçün zəruri islahatların aparılmasını tövsiyə edib.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]
Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib
- 03.06.2026 [17:18]