Almaniya ordusunda hərbi kəşfiyyat xidmətinin səlahiyyətləri artırılır
Berlin, 5 dekabr, AZƏRTAC
Almaniya parlamentinin Silahlı Qüvvələrdə (Bundesver) təhlükəsizliklə bağlı qəbul etdiyi qanuna əsasən, Hərbi Kəşfiyyat Xidmətinin səlahiyyətləri artırılır, işə qəbul yoxlamaları sürətləndirilir və hərbi polisin fəaliyyət sahəsi genişləndirilir.
AZƏRTAC Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, qanunun məqsədi Bundesverdə təhlükəsizliyin yüksəldilməsi, əsgərlərin və onların ailələrinin qorunmasının gücləndirilməsidir. Dəyişikliklər, həmçinin kiberhücumlara qarşı mübarizəni gücləndirir və Hərbi Kəşfiyyat Xidmətinin fəaliyyətlərinin mərkəzləşdirilməsini təmin edir. Qanun çərçivəsində əsgərlərin vəzifəyə qəbulundan əvvəl yoxlamalar sadələşdirilir və sürətləndirilir. Bu qanun hərbi polisə və digər səlahiyyətli şəxslərə şübhəli şəxsləri yoxlamaq və təhlükəsizlik qaydalarını tətbiq etmək imkanı yaradır.
“Biz Hərbi Kəşfiyyat Xidmətinin səlahiyyətlərini gücləndiririk. Qanun layihəsi ilə biz dəyişən təhlükəsizlik vəziyyətinə cavab veririk və Hərbi Kəşfiyyat Xidmətini əməliyyat vəzifələrini daha effektiv yerinə yetirmək üçün gücləndiririk”, - deyə müdafiə naziri Boris Pistorius vurğulayıb.
Xatırladaq ki, Almaniya parlamenti bu gün yeni hərbi xidmət haqqında qanunu da qəbul edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]