Almaniyada növbədənkənar parlament seçkiləri gələn il fevralın 23-də keçiriləcək
Bakı, 12 noyabr, AZƏRTAC
Almaniyanın Xristian-Demokrat və Xristian-Sosial ittifaqlarının, həmçinin Sosial-Demokrat və Yaşıllar partiyalarının mühafizəkar bloku növbədənkənar parlament seçkilərinin tarixi ilə bağlı razılığa gəliblər. Razılığa əsasən, erkən seçkilər 2025-ci il fevralın 23-də keçiriləcək.
AZƏRTAC “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts hökumətə etimad məsələsini dekabrın 16-da Bundestaqın müzakirəsinə çıxarmağı planlaşdırır. Bundan sonra növbədənkənar seçkilərə yol açılacaq.
Deputatlar kanslerə etimaddan imtina etsələr, AFR prezidenti qanunvericiliyə əsasən, 21 gün ərzində Bundestaqı buraxmaq məcburiyyətində qalacaq və 60 gün ərzində yeni seçkilər keçiriləcək. Səsvermə tarixi ilə bağlı yekun qərarı dövlət başçısı imzalayacaq.
Lakin mühafizəkarlar hökumətə etimad məsələsi müzakirəyə çıxarılanadək parlamentin işinə mane olacaqlarını bildirirlər. Almaniya kansleri isə planlaşdırılan bir sıra qanun layihələrini ilin sonunadək Bundestaqdan keçirmək niyyətindədir.
Qeyd edək ki, hazırda Almaniya kəskin siyasi böhran yaşayır. Bu, hakim koalisiyada büdcə, maliyyə və iqtisadi siyasət, o cümlədən Ukraynaya əlavə yardım məsələsində fikir ayrılığı ilə əlaqədardır. Noyabrın 6-da Olaf Şoltsun Azad Demokrat Partiyasının nümayəndəsi Kristian Lindneri maliyyə naziri vəzifəsindən azad etmək qərarından sonra koalisiya dağılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:26]
İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB
- 08.10.2026 [11:19]
ABŞ-nin neft ehtiyatları azalır
- 08.10.2026 [10:53]
NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb
- 08.10.2026 [10:32]
“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib
- 08.10.2026 [10:30]
Medef: Fransa dövlət xərclərini azaltmalıdır
- 08.10.2026 [08:06]
CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
- 08.10.2026 [07:14]
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]