Almaniyada növbədənkənar parlament seçkilərinin tarixi barədə razılıq əldə olunub
Bakı, 12 noyabr, AZƏRTAC
Almaniyada federal hökuməti formalaşdıran koalisiyanın dağılması ilə başlayan siyasi böhrandan sonra növbədənkənar parlament seçkilərinin tarixi barədə əsas siyasi partiyalar arasında razılıq əldə olunub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, koalisiyada yer alan Sosial Demokratik Partiya (SPD) ilə müxalifətdəki Xristian Birlik partiyaları (CDU/CSU) növbədənkənar parlament seçkilərinin gələn il fevralın 23-də keçirilməsi barədə razılığa gəlib. Yaşıllar və Azad Demokratik Partiya (FDR) da bu qərarı dəstəkləyib.
CDU-nun lideri Fridrix Merts, Yaşıllar Partiyasının parlament fraksiyasının həmsədrləri Britta Hasselman və Katharina Dröqe, SPD-nin parlament fraksiyasının sədri Rolf Mütsenix növbədənkənar parlament seçkilərinin tarixini müzakirə etmək üçün noyabrın 12-də axşam saatlarında “Bellevue” sarayında Prezident Frank-Valter Ştaynmayer ilə görüşüblər. Görüşdə Prezident növbədənkənar parlament seçkilərinin fevralın 23-də keçirilməsinə razılıq verib.
Qeyd edək ki, SPD-dən olan Kansler Olaf Şolts hökumətə etimad səsverməsinin dekabrın 16-da keçirilməsini planlaşdırır. Ölkə Konstitusiyasına əsasən Bundestaqda hökumətə etimad göstərilməsə, Prezident Konstitusiyaya əsasən 21 gün ərzində parlamentin buraxılması barədə qərar qəbul etməlidir. Parlamentin buraxılmasından sonra isə 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:26]
İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB
- 08.10.2026 [11:19]
ABŞ-nin neft ehtiyatları azalır
- 08.10.2026 [10:53]
NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb
- 08.10.2026 [10:32]
“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib
- 08.10.2026 [10:30]
Medef: Fransa dövlət xərclərini azaltmalıdır
- 08.10.2026 [08:06]
CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
- 08.10.2026 [07:14]
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]