ALMANİYADA “SOYQIRIMLARI TARİXİ VƏ QƏRBİN ERMƏNİ İDDİALARI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLƏCƏK
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbir Mayns Azərbaycan Cəmiyyətinin və türk icmalarının təşəbbüsü ilə təşkil olunacaqdır. Konfransda uzun illər soyqırımı və terrorçuluq mövzusunun tədqiqi ilə məşğul olan tanınmış alim, sosial antropoloq və etnoqraf Sefa Yürükel geniş məruzə ilə çıxış edəcəkdir.
S.Yürükel ”Qərb tarixində soyqırımı və deportasiya hadisələri”, ”Qərbdə soyqırımı və insan haqları anlayışları və problemlər”, ”Oriyentalizm və oksidentalizmdə terrorizm anlayışı, problemlər və onların həlli yolları”, ”Orta Asiya, Qafqaz, Yaxın Şərq və Balkanlarda münaqişələr və onların həlli yolları” və digər əsərlərin müəllifidir. Hazırda görkəmli alim Qərb tarixində soyqırımı və deportasiya hadisələrini araşdıran dördcildlik kitab üzərində işləyir. Yeri gəlmişkən, S.Yürükelin magistrlik dissertasiyasının mövzusu Azərbaycana aid olmuşdur.
Konfransda Almaniyanın bir sıra nüfuzlu şəxsləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]