Almaniyada yanacağın qiymətləri rekord həddə çatıb
Berlin, 30 aprel, AZƏRTAC
Almaniyada yanacağın qiymətləri kəskin bahalaşaraq rekord səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, Almaniya Avtomobil Klubu (ADAC) tərəfindən açıqlanan məlumata əsasən, yanacaqla bağlı güzəştin qüvvəyə minməsinə qısa müddət qalmış dizel yanacağının qiyməti ölkə üzrə orta hesabla hər litr üçün 17,7 sent artıb. “E10” markalı benzinin qiyməti isə 15,4 sent yüksəlib.
Bahalaşmanın əsas səbəblərindən biri kimi dünya bazarlarında neftin qiymətlərinin artması olduğu bildirilir. Son günlər neftin qiyməti 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Halbuki bir gün əvvəl ölkə üzrə orta qiymətlərdə ciddi dəyişiklik qeydə alınmamışdı.
Qeyd edək ki, Bundestaq yanacaq qiymətlərinin artımının təsirini azaltmaq məqsədilə benzin və dizel üzrə enerji vergisinin müvəqqəti azaldılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, mayın 1-dən iyunun sonunadək yanacaq üzrə vergi hər litr üçün 17 sent aşağı salınacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]