ALMANİYADA YEGANƏ AYININ OVLANMASINA İCAZƏ VERİLMİŞDİR
AZƏRTAC Frans Press agentliyinə istinadla xəbər verir ki, Bavariya hökuməti son 170 ildə Almaniyada ilk dəfə məskunlaşan yeganə ayının ovlanmasına icazə vermişdir. Hökumətin fikrincə, ayı adamlar üçün təhlükə mənbəyidir. Ətraf mühit naziri Verner Şnappauf demişdir ki, ovçulara ayını ovlamağa icazə verilməsi qərarı Dünya Yabanı Təbiət Fondunun Almaniya bölməsi ilə məsləhətləşmələrdən sonra qəbul olunmuşdur. Mütəxəssislərin fikrincə, ayı Almaniyaya İtaliyadan, Avstriya ərazisindən keçərək gəlmişdir. Almaniyada axırıncı dəfə ayı 1835 ildə öldürülmüşdü. Avstriyada isə hazırda təxminən 30 ayı yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]