Almaniyanın 150-yə yaxın şirkəti üçün Azərbaycan turizminin təqdimatı keçiriləcək
Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 10-12-də Azərbaycan Turizm Bürosu Almaniyanın Berlin, Hamburq və Frankfurt şəhərlərində silsilə tədbirlər keçirəcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, B2B (Biznesdən-biznesə) formatlı görüşlərdən və seminarlardan ibarət tədbirlərdə Azərbaycan turizm sektorunun Almaniya və Avropa bazarları üzrə fəaliyyət göstərən 7 turizm şirkəti və hoteli iştirak edəcək.
Silsilə tədbirlər zamanı Azərbaycanın turizm potensialının təqdimatı baş tutacaq, ölkənin turizm marşrutları, görməli yerləri və hotelləri barədə iştirakçılara geniş məlumatlar veriləcək.
150-yə yaxın Almaniya şirkətinin qatılacağı görüşlər zamanı qarşılıqlı fikir mübadiləsi aparılacaq və gələcək əməkdaşlıq imkanları qiymətləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]