Almaniyanın Leypsiq şəhərində avtomobil bir qrup insanı vurub, 2 nəfər ölüb
Berlin, 4 may, AZƏRTAC
Almaniyanın Leypsiq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobil piyadalar üçün nəzərdə tutulmuş zonaya daxil olaraq bir neçə insanı vurub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər də xəsarət alıb.
Polis hadisə yerindən uzaqlaşmağa çalışan sürücünün saxlanıldığını açıqlayıb.
Hadisə yerinə təhlükəsizlik və xilasedici qüvvələri cəlb olunub, əməliyyat tədbirləri davam etdirilir. Ərazidəki mağazalar və digər ictimai iaşə obyektləri bağlanılıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]